Audiovizual Şuraya ödənişsiz istifadə hüququ verməyən platforma yayımçıları cərimələnəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Audiovizual Şuraya ödənişsiz istifadə hüququ verməyən platforma yayımçıları cərimələnəcək

10:29 - 19 / 01 / 2023
Audiovizual Şuraya ödənişsiz istifadə hüququ verməyən platforma yayımçıları cərimələnəcək

Platforma və ya multipleks operatorunun fəaliyyətinin Audiovizual Şura tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə cərimə müəyyənləşir.

1news.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, platforma və ya multipleks operatorunun fəaliyyətinin Audiovizual Şura tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcəklər.

Paylaş:
395

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər