Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər | 1news.az | Xəbərlər
İdman

Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

15:30 - 21 / 01 / 2023
Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər.

1news.az bu barədə Azərbaycan Kikboks federasiyası məlumat yayıb.

Bildirilib ki, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) ilin idmançı və komandaları arasında səsvermə keçirir.

Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir.

Bu iştirakçıların hamısı ötən ilin 7-17 iyulunda ABŞ-nin Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir.

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər

Next TV