Səfir: Türkiyə-Azərbaycan münasibətlərinə tarix təyin etmək mümkün deyil
"Türkiyə ilə Azərbaycan münasibətlərinə tarix təyin etmək mümkün deyil. Tarix boyu iki ölkə düşmənə qarşı birgə mübarizə aparıb".
1news.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Qərbi Azərbaycan İcmasında keçirilən görüşdə deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin çətin zamanında hər zaman köməyə yetişib.
"Biz Çanaqqala savaşında Azərbaycan əsgərini mehmetçik olaraq tanımışıq və bu şəkildə dəfn etmişik. Nuru Paşanın komandanlığı altında Azərbaycanda döyüşən türk əsgərləri də yaralananda azərbaycanlılar öz evlərində onları müalicə edib, vəfat etdiklərində öz məzarlıqlarında dəfn ediblər. Önümüzdəki ayda isə Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların yaxınlarının yanlarında olacağıq.
44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaşına öz siyasi və mənəvi dəstəyini verdi.