Həkim, ofisant, işıqçı, fəhlə - Azərbaycanlı məşhurların ilk işləri | 1news.az | Xəbərlər
Mədəniyyət

Həkim, ofisant, işıqçı, fəhlə - Azərbaycanlı məşhurların ilk işləri

Aynurə Xudaverdiyeva11:25 - 25 / 01 / 2023
Həkim, ofisant, işıqçı, fəhlə - Azərbaycanlı məşhurların ilk işləri

Onlar məşhur olmamışdan öncə bir sıra işlərdə çalışıblar.

Məşhur olmadan öncə, həkim, ofisant, işıqçı, hətta fəhlə olaraq çalışanlar olub. Söhbət yerli tanınmış simalarımızdan gedir. Ölkənin tanınmış simaları olmamışdan əvvəl bir çox peşələrdə fəaliyyət göstəriblər.

1news.az Azərbaycanın tanınmış şəxslərinin bir qisminin ilk işlərini araşdırıb. Siyahını təqdim edirik:

Xalq artisti Flora Kərimova ixtisasca həkimdir. Müğənni ali təhsilini 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi üzrə tamamlayıb. Ardınca isə Bakı Musiqi Akademiyasının vokal sinfindən məzun olub.

Azərbaycan SSR xalq artisti, diktor, Azərbaycan Televiziyasının aparıcısı mərhum Rafiq Hüseynli maddi sıxıntılar səbəbindən 17 yaşında AZTV-də işıqçı olaraq işə başlayır. Çox keçmədən mərhum diktorun istedadı hiss olunur və 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayır.

Xalq artisti Aygün Kazımova isə məktəb illərindən idmançı olub. O, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub.

Cənab Qızıl Şlyager, 100% F.A Xalq artisti Faiq Ağayev Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olsa da ali təhsilini yarımçıq qoyaraq ADMİU-nin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Xalq artisti Röya BDU beynəlxalq hüquq ixtisasından məzun olub.

Tanınmış müğənni Xatirə İslam əvvəllər ölkədə fəaliyyət göstərən xəstəxanaların birində tibb bacısı vəzifəsində çalışıb.

Hər birimizin ən sevdiyi Azərbaycan mahnılarından biri olan "Başqa birisini sevə bilməzsən" mahnısını ifa edən müğənni isə Elxan Şirinov müəllim olub.

Müğənni Nadir Qafarzadə məşhur olmamışdan öncə ofisiant olaraq restoranlarda çalışıb. Daha sonra işlədiyi restoranda mahnı oxumağa başlayıb. Bir müddətdən sonra böyük səhnəyə ilk addımlarını atıb.

Tanınmış stilist Samiraldo uşaqlar evindən məzun olduqdan sonra fəhlə olaraq çalışıb. Sonra dərziliklə məşğul olan Samiraldo özünü stilist kimi sınayıb. Hazırda bu sahədə fəaliyyət göstərən Samiraldo həm də sosial şəbəkələrdə izləyicilərinin sevimlisinə çevrilib.

Paylaş:
1612

Son xəbərlər

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQBu gün, 12:44Sabah yağış yağacaq - ProqnozBu gün, 12:34Bakı Fond Birjası yeni brend kimliyini təqdim edibBu gün, 12:28Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olubBu gün, 12:16Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOBu gün, 12:11İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edibBu gün, 11:52Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edibBu gün, 11:35FHN: Ötən sutka 6 nəfər xilas edilibBu gün, 11:29Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri başlayıbBu gün, 11:14Hərbi qulluqçular İkinci Şəhidlər xiyabanını ziyarət ediblərBu gün, 10:48Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilibBu gün, 10:33Polisin tələbinə əməl etməyən sürücü həbs edilibBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:11Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirirBu gün, 10:06Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblarBu gün, 10:00“Əsrin müqaviləsi” suverenliyimizin təminatçısıdırBu gün, 09:59Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 09:53Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”Bu gün, 09:4919 sentyabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:40“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTOBu gün, 09:32
Bütün xəbərlər