“Yunanıstan Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynayır” | 1news.az | Xəbərlər
Siyasət

“Yunanıstan Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynayır”

Qafar Ağayev13:13 - 26 / 01 / 2023
“Yunanıstan Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynayır”

Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib.

Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Paylaş:
177

Son xəbərlər

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21Bred Pitt Coli ilə birgə yaşadığı villasını satdı30 / 03 / 2023, 16:57Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb30 / 03 / 2023, 16:41
Bütün xəbərlər

Next TV