Əmanət faizlərinin vergidən azad olunması ilə bağlı güzəştin müddəti artırıla bilər? – AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmanət faizlərinin vergidən azad olunması ilə bağlı güzəştin müddəti artırıla bilər? – AÇIQLAMA

Qafar Ağayev13:40 - 26 / 01 / 2023
Əmanət faizlərinin vergidən azad olunması ilə bağlı güzəştin müddəti artırıla bilər? – AÇIQLAMA

Fevralın 1-dən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər.

Belə ki, qeyd olunan gəlirlər güzəşt olaraq 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib.

Bu müddət başa çatdığı üçün bir banklar öz müştərilərinə xəbərdarlıq mesajı göndərməyə başlayır.

Bəs görəsən bu güzəştin müddəti artırıla bilər?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramlı deyib ki, bu istiqamətdə müzakirələr gedir.

Vüqar Bayramov

“Depozitlərlə bağlı vergi güzəştlərinin ləğvi ilə bağlı fərqli yanaşmalar var. Mənim təklifim ondan ibarətdir ki, sığortalanan əmanələr üçün vergi güzəştlərinin saxlanılması məqsədəuyğundur. Söhbət 100 min manata qədər olan əmanətlərin gəlirlərinin vergiyə cəlb edilməməsi və həmin əmanətlər üçün güzəştin saxlanılmasından gedir. Bu, həm də bir meyardır. Orta təbəqə vətəndaşlarımızın yerləşdirdiyi əmanətlər fərqli məbləğdə olurlar, bəziləri daha kiçikdir".

"Ona görə 100 min manatdan aşağı olan əmanətlər üçün güzəştin saxlanılması məqsədəuyğundur" - deyə, deputat əlavə edib:

“Biz bununla bağlı təkliflərimizi də hökumətə təqdim etmişik. Bizim yanaşmamız ondan ibarətdir ki, sığortalanan əmanətlərin vergiyə cəlb edilməsi məqsədəuyğun deyil, onlar üçün güzəşt saxlanılmalıdır. Bu istiqamətdə aparılan müzakirələr yekunda əmənətlərin gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı yeni bir qərarın qəbul edilməsinə gətirib çıxara bilər. Biz diferinsial yanaşmanın və sığortalanan əmanətlərin vergiyə cəlb edilməməsinin tərəfdarıyıq”.

Paylaş:
475

Son xəbərlər

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb - FOTOBu gün, 17:58AMB martın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıbBu gün, 17:48Bakının havasında dəm qazı normadan yüksəkdir - NazirlikBu gün, 17:46Nazirlər və digər qurumların rəhbərinin aprel ayında vətəndaş qəbulu - CƏDVƏLBu gün, 17:42“Tiktoker” Əmrah Məhərrəmov hava limanında saxlanıldıBu gün, 17:26Sabunçu qəsəbəsində yanğın başlayıbBu gün, 17:0313 tondan çox istehlaka yararsız dondurma məhv edilibBu gün, 16:48Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 16:41Son sutkada Azərbaycanda 22 nəfər koronavirusa yoluxub - STATİSTİKABu gün, 16:35“Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “McDonald's” restoranının təmirdən sonra açılışı olub – FOTOBu gün, 16:24Sabah külək güclənəcək - XƏBƏRDARLIQBu gün, 16:17Milli Məclisin deputatları İsrailə səfər edəcək - ADLARBu gün, 16:01Elektriklə balıq ovlayanlar saxlanılıb - FOTOBu gün, 15:45Dəhşətli ailə dramı, məhv olmuş talelər...- AzTV-dən yeni serialBu gün, 15:28Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıbBu gün, 15:19Talış kənd məktəbində ilk dərs keçirilib - FOTOBu gün, 15:14ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıbBu gün, 14:58Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu başlayıbBu gün, 14:51Dünyanın ən qəribə 10 yaşayış yeri - SİYAHIBu gün, 14:33Sosial mediada “Atalar sözləri gender bərabərliyi kontekstində” mövzusunda kampaniya keçirilib - FOTOBu gün, 14:19
Bütün xəbərlər

Next TV