Fransa səfirliyi Azərbaycana başsağlığı verdi
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
1news.az xəbər verir ki, bununla bağlı fransalı diplomat "Twitter"də paylaşım edib.
"Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bizi dərindən kədərləndirir. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan XİN-dəki həmkarlarıma və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm", səfir bildirib.
659