Lavrov Bakı və İrəvan arasındakı münasibətlərə toxunub | 1news.az | Xəbərlər
Siyasət

Lavrov Bakı və İrəvan arasındakı münasibətlərə toxunub

Qafar Ağayev14:04 - 30 / 01 / 2023
Lavrov Bakı və İrəvan arasındakı münasibətlərə toxunub

Bakı və İrəvan arasındakı münasibətlərin normallaşması prioritet təşkil edir.

1news.az-ın Rusiya KİV-lərinə istinadən, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Cənubi Qafqazla birbaşa həmsərhəd olan Rusiya bu regionun stabilliyində və tərəqqisində, regionun nəqliyyat-logistika, ticarət-investisiya, həmçinin texnoloji imkanlarının müəyyən olunmasında və qarşıqlılı səmərəli istifadəsində maraqlıdır. Bizim diplomatiyamızın səyləri məhz buna yönəlib", - xarici işlər naziri bildirib.

Həmçinin Rusiyanın regionda artmaqda olan münaqişə potensialının qarşısını almaq istiqamətində intensiv çalışdığı qeyd olunub.

"Bu baxımdan əsas prioritet məsələlərdən birini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması təşkil edir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar, 26 noyabr və 2022-ci il 31 oktyabr tarixli bəyanatları bunun təməli olaraq çıxış edir. İnanırıq ki, prosesin uğuru bütünlükdə bu üçtərəfli bəyanatlara ciddi əməl olunmasından asılıdır", - Rusiya XİN başçısı qeyd edib.

Paylaş:
490

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər