Lope de Veqanın yeni pyesi tapılıb | 1news.az | Xəbərlər
Dünya

Lope de Veqanın yeni pyesi tapılıb

09:00 - 01 / 02 / 2023
Lope de Veqanın yeni pyesi tapılıb

İspaniya Milli Kitabxanasının Əlyazmalar Kolleksiyasında indiyə qədər saxlanılan “Fransız qadın Laura” pyesinin müəllifi məlum olub.

1news.az xarici KİV-lərə istinadla xəbər verir ki, süni intellekt vasitəsilə əsərin müəllifinin məşhur ispan dramaturqu Lope de Veqa olduğu müəyyənləşib.

Süni intellekt əsərin mətnini İspaniyanın Qızıl dövrünə (XVI - XVII əsrin əvvəlləri) aid yüzlərlə başqa komediyalarla müqayisə edib. Mətnlər arasında ən böyük oxşarlıq Lope de Veqanın pyesləri arasında tapılıb.

Komediyanın orijinal əlyazması dövrümüzə qədər gəlib çatmayıb. Əsərin günümüzə qədər son nüsxəsi 17-ci əsrə aiddir.

Professor Herman Veqa hesab edir ki, salamat qalmış əlyazma teatr truppaları üçün ssenari rolunu oynayıb, tamaşanın kənarlarında müvafiq qeydlər var.

Qeyd edək ki, Lope de Veqa (1562-1635) şair, nasir və dramaturq, İspaniya intibahının Qızıl dövrünün görkəmli nümayəndəsidir. O, Servantesdən sonra ispan ədəbiyyatının ən görkəmli şəxslərindən biri sayılır.

Paylaş:
239

Son xəbərlər

Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21Bred Pitt Coli ilə birgə yaşadığı villasını satdı30 / 03 / 2023, 16:57Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb30 / 03 / 2023, 16:41Son sutkada 4 nəfər koronavirusdan ölüb30 / 03 / 2023, 16:39Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq30 / 03 / 2023, 16:34“Orucu dieta üçün tutanların qazanacağı savab pəhriz zamanı itirdiyi çəkilər olacaq” - İlahiyyatçı30 / 03 / 2023, 16:18Azərbaycan Fələstinin Nablus regionunda məktəb tikəcək30 / 03 / 2023, 16:18Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib30 / 03 / 2023, 16:12Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb30 / 03 / 2023, 16:02
Bütün xəbərlər

Next TV