ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərib | 1news.az | Xəbərlər
Dünya

ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərib

17:55 - 03 / 02 / 2023
ABŞ Gürcüstana 140 ton hərbi yardım göndərib

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə (MN) 140 ton hərbi yardım göndərib.

1news.az xəbər verir ki, bu barədə ABŞ-ın Tbilisidəki səfirliyi “Facebook”da bildirib.

Səfirlik ölkəyə hansı növ hərbi yükün gəldiyi barədə dəqiq məlumat verməyib.

"Gürcüstanın MN-ə 140 ton hərbi yük təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiqdir və ölkənin Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək", - səfirliyin bəyanatında deyilib.

Qeyd edək ki, Gürcüstan və ABŞ arasında 1990-cı illərin sonundan müdafiə, təhlükəsizlik sahələrində, 1992-ci ildən isə siyasi, iqtisadi, ticarət, əməkdaşlıq mövcuddur.

Xatırladaq ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-ın o dövrdəki Dövlət katibi Kondoliza Rays və Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadzenin iştirakı ilə iki ölkə arasında təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət, eləcə də humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan strateji tərəfdaşlığa dair sənəd imzalanıb.

Paylaş:
211

Son xəbərlər

MN: Qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşürBu gün, 17:40MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilibBu gün, 17:20Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaqBu gün, 16:59Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31
Bütün xəbərlər

Next TV