Bayden Türkiyəyə yardım üçün göstəriş verib | 1news.az | Xəbərlər
Siyasət

Bayden Türkiyəyə yardım üçün göstəriş verib

12:43 - 06 / 02 / 2023
Bayden Türkiyəyə yardım üçün göstəriş verib

ABŞ Prezidenti Co Bayden Türkiyəyə yardım variantlarını araşdırmaq üçün müvafiq hökumət qurumlarına göstərişlər verib.

1news.az İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi məlumat yayıb.

"Prezident Bayden USAİD-ə və digər federal hökumət təşkilatlarına Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə kömək etmək üçün ABŞ-ın yardım variantlarını araşdırmaq göstərişi verib. Biz Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik", - səfirlik bildirib.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər