Rusiyada partlayış olub - ÖLƏNLƏR VAR | 1news.az | Xəbərlər
Dünya

Rusiyada partlayış olub - ÖLƏNLƏR VAR

13:41 - 08 / 02 / 2023
Rusiyada partlayış olub - ÖLƏNLƏR VAR

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində qaz partlaması nəticəsində dağılmış binada ölənlərin sayı 6 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu gün binanın dağıntıları altından 6-cı ölü çıxarılıb.

Xatırladaq ki, dünən yaşayış binasında güclü qaz partlayışı baş verib və nəticədə beşmərtəbəli yaşayış binasının böyük bir hissəsi yararsız hala düşüb.

Paylaş:
366

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər