Mirzoyan: Bakı və İrəvan bəzi məsələlər üzrə yaxınlaşır | 1news.az | Xəbərlər
Ermənistan

Mirzoyan: Bakı və İrəvan bəzi məsələlər üzrə yaxınlaşır

14:53 - 08 / 02 / 2023
Mirzoyan: Bakı və İrəvan bəzi məsələlər üzrə yaxınlaşır

Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra bilib.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda xorvatiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

O, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab aldıqlarını deyib.

“Məzmunu açıqlamayacağam, çünki söhbət detallardan gedir və siyasi baxımdan bu məqsədəuyğun deyil. Müzakirələrin yekunu olaraq biz Azərbaycan tərəfinə öz cavabımızı verəcəyik”, - Mirzoyan vurğulayıb.

Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla növbəti görüşünün yaxın vaxtlarda keçiriləcəyini qeyd edib.

Paylaş:
762

Son xəbərlər

Bütün xəbərlər