Yunanıstan Türkiyəyə növbəti yardım qrupunu göndərir
Yunanıstan zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün növbəti axtarış-xilasetmə qrupu göndərir.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Kiriakos Mitsotakisin əmrinə əsasən və iqlim böhranı və mülki müdafiə naziri Kristos Stylianidis ilə birbaşa məsləhətləşmələr əsasında 15 yanğınsöndürəndən ibarət qrup, bir xilasedici it və iki nəqliyyat vasitəsi yaxın saatlarda yola düşür.
Komandanı həmçinin dağılmış binaların sütunlarının dəstəklənməsi sahəsində təcrübəyə malik Yanğından Mühafizə İdarəsinin bir zabit-mühəndisi, həmçinin 3 həkim və xilasedici müşayiət edəcək", - məlumatda bildirilir.