Aİ Türkiyədə zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar yaradacaq | 1news.az | Xəbərlər
Dünya

Aİ Türkiyədə zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar yaradacaq

17:14 - 09 / 02 / 2023
Aİ Türkiyədə zəlzələ bölgəsində müvəqqəti sığınacaqlar yaradacaq

Avropa İttifaqı (Aİ) Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasında bu ölkəyə kömək etmək üçün Aİ-nin fövqəladə vəziyyətlə bağlı strateji ehtiyatını səfərbər edir.

1news.az xəbər verir ki, bu barədə Aİ-nin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç bildirib.

Onun sözlərinə görə, Türkiyədəki güclü zəlzələdən əziyyət çəkmiş şəxslər üçün Aİ-nin İsveç və Rumıniyadakı ehtiyatlarından müvəqqəti sığınacaqlar təmin ediləcək.

Qeyd edək ki, müvəqqəti sığınacaq dəstinə yüngül sığınacaqlar, çarpayı, çarşaf, döşək həmçinin sığınacaqları enerji təchizatı ilə birləşdirmək üçün elektrik materialı daxildir.

APA

Paylaş:
864

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər