Stoltenberq: Quranın yandırılmasını utancverici hərəkət sayıram | 1news.az | Xəbərlər
Dünya

Stoltenberq: Quranın yandırılmasını utancverici hərəkət sayıram

15:18 - 16 / 02 / 2023
Stoltenberq: Quranın yandırılmasını utancverici hərəkət sayıram

Quran kimi müqəddəs bir kitabın yandırılmasını utancverici hərəkət sayıram.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Quranın yandırılmasının Türkiyədə çox ciddi reaksiyalara səbəb olması barədə məlumatım var və bu reaksiyaları anlayışla qarşılaşıram. Mən şəxsən belə bir müqəddəs kitabın yandırılmasını utancverici əməl sayıram. Türkiyədəki və dünyadakı müsəlmanların hiddətini başa düşürəm və bu səbəbdən də bu addımı qınayıram. Həmçinin düşünürəm ki, İsveç hökumətinin bu və bu kimi əməllərin qarşısını alması zəruridir. İsveç hökuməti və Baş nazirinin bu addımları qınamasının müsbət olduğunu düşünürəm. Əlbəttə, utancverici, qeyri-əxlaqi və ya təxribatçı bütün davranışlar qeyri-qanuni deyil”, - o deyib.

Paylaş:
401

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər