Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

15:25 - 16 / 02 / 2023
Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, Sarkisyan 2018-ci ildən ABŞ-də yaşayır. Prokurorluq onun barəsində ittiham irəli sürülüb və məhkəmə Sarkisyanın qiyabi həbs olunması barədə vəsatəti təmin edib.

Bildirilir ki, 2016-2018-ci illərdə müdafiə naziri olan V.Sarkisyan hərbi qulluqçular üçün mənzillərin paylanılmasında sui-istifadə hallarına yol verib.

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər