Milli Abilimpiya Federasiyasında X Beynəlxalq Abilimpiya Çempionatına həsr edilmiş görüş keçirilib | 1news.az | Xəbərlər
İdman

Milli Abilimpiya Federasiyasında X Beynəlxalq Abilimpiya Çempionatına həsr edilmiş görüş keçirilib

17:37 - 22 / 02 / 2023
Milli Abilimpiya Federasiyasında X Beynəlxalq Abilimpiya Çempionatına həsr edilmiş görüş keçirilib

Fevralın 22-si Milli Abilimpiya Federasiyasında X Beynəlxalq Abilimpiya Çempionatına həsr edilmiş görüş keçirilib.

1news.az xəbər verir ki, Görüşdə Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov, Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon, Milli Abilimpiya Federasiyasının vitse-prezidentləri Rüfət Hacılı və Aqşin Babayev, UNICEF Azərbaycanın nümayəndəsi Nigar Nəsrullayeva, Federasiyanın idarə heyətinin üzvləri Firudin İmanov və Cəmilə Abdulova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvin İbrahimov və milli komanda üzvləri iştirak ediblər.

Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov 22-25 mart 2023-cü il tarixlərində Fransanın Mets şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatına hazırlıqların son mərhələdə olduğunu bildirib. 40-a yaxın ölkənin iştirak edəcəyi X Beynəlxalq Abilimpiya Çempionatında ölkəmiz ilk dəfə olaraq təmsil olunacaq. Federasiya prezidenti İlqar Rəhimov qeyd edib ki, Azərbaycan millisi 11 kişi və 4 qadın olmaqla ümumilikdə 15 nəfər iştirakçı ilə çempionata qatılacaq. İştirakçılar 2022-ci ilin dekabr ayında keçirilmiş I Milli Abilimpiya Çempionatında müvəffəqiyətli iştirak etmiş abilimpiyaçılar arasında seçiliblər. Abilimpiyaçılar poster dizayn, proqramlaşdırma, kompüter yığılması, web səhifələrin hazırlanması, dərzilik, çörək bişirilməsi, masaj, dulusçuluq, aşpazlıq, mətn tərtibi, ağac üzərində oyma, multimedia jurnalistikası, milçə ilə toxuculuq sahələri daxil olmaqla ümumilikdə 13 peşə sahəsi üzrə öz güclərini sınayacaqlar. İlqar Rəhimov qeyd edib ki, komanda üzvlərinin biliklərinin daha da artırılması məqsədilə hazırda onlar gündəlik olaraq təlimlərdə iştirak edirlər.

Eyni zamanda Federasiya prezidenti İlqar Rəhimov martın 22-də Beynəlxalq Abilimpiya Federasiyasının Mets şəhərində keçirəcəyi hesabat-seçki konfransında iştirak edəcəyi barədə məlumat verib. İ.Rəhimov bildirib ki, hesabat-seçki konfransında idarə heyətinin üzvlüyünə Milli Abilimpiya Federasiyanın vitse-prezidenti Rüfət Hacılının namizədliyi təklif olunacaq.

Daha sonra Azərbaycan milli komandası üçün hazırlanmış formanının təqdimatı keçirilib. Görüşdə Milli komandanın kapitanı da seçilib. Mətn tərtibi peşə sahəsi üzrə ölkəmizi təmsil edəcək Cəmilə Məmmədlinin qoluna simvolik olaraq kapitan sarğısı taxılıb. C.Məmmədli ona göstərilən etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, abilimpiyaçılar ölkəmizi beynəlxalq tədbirdə layiqincə təmsil edəcəklər.

Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon abilimpiyaçılara qarşıdan gələn yarışda uğurlar arzulayıb. O, ölkəmizdə abilimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib.

Qeyd edək ki, abilimpiyaçılar martın 21-i Fransaya yola düşəcəklər.

Paylaş:
969

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər