Lionel Messi 2023-cü ildə üç fərdi mükafata əsas namizəddir | 1news.az | Xəbərlər
Futbol

Lionel Messi 2023-cü ildə üç fərdi mükafata əsas namizəddir

11:59 - 25 / 02 / 2023
Lionel Messi 2023-cü ildə üç fərdi mükafata əsas namizəddir

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2023-cü ildə daha 3 fərdi mükafata əsas namizəddir.

1news.az xəbər verir ki, xarici mütəxəssislər 36 yaşlı hücumçunun titul kolleksiyasını bu il də zənginləşdirəcəyini düşünürlər.

Messinin 2023-cü ildə karyerası ərzində 8-ci dəfə “Qızıl top”, 2-ci dəfə “The Best” və 2-ci dəfə ilin idmançısı mükafatını qazanacağı ehtimal edilir.

Qeyd edək ki, FIFA tərəfindən milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılan “The Best” mükafatı ilə bağlı sorğunun qalibi fevralın 27-də açıqlanacaq.

Paylaş:
2294

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər