Sahibə Qafarova Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşüb

Qafar Ağayev17:51 - 15 / 03 / 2023
Sahibə Qafarova Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, qonaqları salamlayan Milli Məclisin sədri, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün də uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib.

O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri, bu sahədə parlamentlərarası münasibətlərin özünəməxsus rolu barədə fikirlərini bölüşüb.

Spiker Sahibə Qafarova, Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib, qarşılıqlı parlamentlərarası dostluq qruplarının rolunu vurğulayıb.

Ötən ilin dekabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun ölkəmizə səfərini və onunla keçirdiyi görüşü xatırlayan Milli Məclisin sədri, həmin səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən danışan Sahibə Qafarova, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipi əsasında təkliflər irəli sürməsi, o cümlədən Laçın yolu ətrafında vəziyyət, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov Dağıstan və Azərbaycan xalqlarının yaxınlığından, bölüşdükləri ümumi dəyərlərdən danışıb. O, Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanda isə Dağıstanın böyük şairi Rəsul Həmzətovun 100 illik yubileylərinin keçirilməsinə hazırlıq getdiyini və bunun iki xalq arasındakı bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf etməsindən məmnunluğunu bildirib və Dağıstanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı roldan danışan qonaq, qanunvericilik sahəsində təcrübə mübadiləsinin daha yaxşı qanunlar yaratmağa kömək edəcəyinə inamını ifadə edib.

Zaur Askendərov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
359

Son xəbərlər

Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30
Bütün xəbərlər