Vüqar Rəhimzadə: Bu ölkəmizin türk dünyasının birliyinə növbəti töhfəsidir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Bu ölkəmizin türk dünyasının birliyinə növbəti töhfəsidir

Qafar Ağayev17:08 - 17 / 03 / 2023
Vüqar Rəhimzadə: Bu ölkəmizin türk dünyasının birliyinə növbəti töhfəsidir

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə əsaslanır və illər keçdikcə atılan addımların fonunda daha da möhkəmlənir.

Bu fikirləri 1news.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi.

Nəzərə alsaq ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, bu halda atılan mühüm addımın özündə ehtiva etdiyi məna daha dərindən dərk olunar. Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgüzar səfəri dünyanın diqqətindən kənarda qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri həmişə davamlılığı ilə diqqətdə olub. Azərbaycanın «Biz birlikdə güclüyük!», «Türk dünyası böyük bir ailədir!», «Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik!» kimi çağırışları türk dünyasının birliyinə yönələn addım kimi dəyərləndirilir.

“2021-ci ildə dövlət başçısı İlham Əliyevin, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeninə layiq görülmələri Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasının birliyində roluna, eyni zamanda, hər iki ölkənin bu istiqamətdə göstərdiyi səylərə işıq salır. Dövlət başçısı İlham Əliyev bu günlərdə «Güvənsizliyi bitir, işbirliyinə başla!» devizi altında keçirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda da bu birliyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”.

YAP Xətai rayon təşkilatının sədri bu fikri xüsusi qeyd edib ki, Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir. Dünya bu birliyin sarsılmazlığının 44 günlük İkinci Qarabağ müharibəsində və ötən ayın əvvəllində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir daha şahidi oldu. Atılan addımlar qardaş dəstəyinin nümunəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvələrdə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək.

Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinə də diqqəti yönəldərək qeyd edib ki, 2021-ci il 15 iyun tarixində Qarabağın tacı Şuşa bu birliyin, həmrəyliyin daimiliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Sənəddə əksini tapan müddəaların hər biri münasibətlərimizdə yeni səhifə, yeni addımdır. İki qardaş ölkənin birgə səyləri, siyasi iradəsi nəticəsində reallığa çevrilən layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində istər həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə, istərsə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğundan, qardaş ölkənin Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurlu inkişafından geniş bəhs etdi. Bu inamı da ifadə etdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dəhşətli zəlzələnin yaratdığı dağıntıların nəticələrini uğurla aradan qaldıracaq. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat məbləğində yardım göstərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmağın, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmağın Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biri olduğunu önə çəkərək “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” demişdir.

YAP Xətai rayon təşkilatının sədrinin sözlərinə görə, Azərbaycan-Türkiyə birliyi türk dünyası, ümumilikdə bütün dünya üçün nümunədir. Reallıq budur ki, üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşündə qəbul edilən Bəyannamədə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri təsdiqlədilər. Diqqət çəkən mühüm müddəalardan biri “Türk Dünyasına Baxış 2040” sənədinə uyğun olaraq Türk Dövlətləri Təşkilatı regionunda və dünyada təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın, koordinasiyanın zəruriliyi məsələsidir. Bəyannamədə Zirvə görüşünün Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilməsi xüsusi vurğulanır. Bu, ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilir.

Paylaş:
321

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər