İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyir

17:58 - 25 / 03 / 2023
İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyir

Azərbaycan Brüssel prosesini dəstəkləyir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Paylaş:
543

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər