Almaniyada 3,4 milyon insan heç vaxt internetdən istifadə etməyib | 1news.az | Xəbərlər
Dünya

Almaniyada 3,4 milyon insan heç vaxt internetdən istifadə etməyib

14:27 - 11 / 04 / 2023
Almaniyada 3,4 milyon insan heç vaxt internetdən istifadə etməyib

Almaniyada 16-74 yaş arası insanların demək olar ki, 6 faizi internetdən istifadə etmir. Bu isə 3,4 milyon insan deməkdir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi ötən il kommunikasiya sektorunda istifadəçilərin davranışı ilə bağlı sorğulara istinad edərək məlumat yayıb.

Müvafiq olaraq, "oflayn" olanların nisbəti ən çox 65-74 yaşlılar qrupunda olub. Federal İdarənin məlumatına görə, onların altıda biri və ya 17 faizi heç vaxt internetdən istifadə etməyib. Bunun əksinə olaraq, 45 yaşdan aşağı olanlar üçün bu nisbət 2 faizdən az olub.

Ümumilikdə, Almaniya internetdən istifadə etməyənlərin sayına görə Aİ ortalamasından bir qədər aşağıdadır. Bununla belə, Aİ-yə üzv dövlətlər arasında böyük fərqlər var. Belə ki, Yunanıstan və Portuqaliyada bu rəqəm 14 faiz olduğu halda, İsveçdə yalnız 1 faiz "oflayn"dır.
Federal İdarənin BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesablamalarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə dünya əhalisinin təxminən üçdə biri internetdən məhrumdur. Bu, isə onlayn olmayan 2,7 milyard insana bərabərdir.

Paylaş:
381

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər