Hacı Əliyev və Əliabbas Rzazadə Avropa çempionu olub
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Sərbəst güləş üzrə Avropa çempionatında idmançılarımız qızıl medal qazanıblar.
1news.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı Hacı Əliyev finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib. Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.
Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub. Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.
919