Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərin sayı artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərin sayı artırıldı

Qafar Ağayev12:14 - 20 / 04 / 2023
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərin sayı artırıldı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumdan 1news.az-a verilən məlumata görə, eyni zamanda Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 22 aprel tarixinə əlavə reys təyin edilib. Belə ki, 22 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının ənənəvi qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır.

Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatır.
Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.

Paylaş:
234

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər