Azərbaycan samboçuları Avropa çempionatında 4 medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycan samboçuları Avropa çempionatında 4 medal qazanıblar

17:43 - 21 / 04 / 2023
Azərbaycan samboçuları Avropa çempionatında 4 medal qazanıblar

Sambo üzrə Azərbaycan milli komandası İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub.

Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Paylaş:
1197

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər