Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır

12:51 - 03 / 05 / 2023
Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır

Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

Nazir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb.

Türkiyə XİN rəhbəri qeyd edib ki, Ermənistan Qarabağa silah sızdırır, gərginlik yaradırlar.

“Biz Azərbaycanın yanındayıq”, - nazir əlavə edib.

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər