Azad olunmuş ərazilərin minalardan təmizlənməsi mövzusu Xorvatiyada müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi mövzusu Xorvatiyada müzakirə olunub

18:00 - 04 / 05 / 2023
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi mövzusu Xorvatiyada müzakirə olunub

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti 2023-cü ilin 3-5 may tarixlərində Xorvatiyanın Voditsa şəhərində keçirilən Minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpoziumda iştirak edir.

1news.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibi Azərbaycan Prezidentinin Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, ölkəmizin Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanov, eləcə də ANAMA və səfirliyin rəsmilərindən ibarət olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən aidiyyəti üzrə təşkil edilən ikitərəfli görüşlərdə iştirak edib.

Xorvatiyanın Daxili İşlər Nazirliyi Mülki Müdafiə Baş İdarəsinin rəhbəri Damir Tratın rəhbərlik etdiyi nümayəndələrlə keçirilən görüşlərdə ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında faydalı əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də uzun illər mina təhlükəsi ilə mübarizə aparan Xorvatiyanın Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyi müzakirə edilib.

Səfər çərçivəsində Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin digər ölkələrdə tətbiq edilməsinə və bu xüsusda əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib.

Minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi platforması olan Cənub-Şərqi Avropa Minalardan Təmizləmə üzrə Koordinasiya Şurası (SEEMACC) ilə görüşdə müharibədən zərərçəkmiş üzv ölkələrlə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və fəaliyyətinin inkişaf etdirilməsi vurğulanıb.

Həmçinin, Macarıstan Minatəmizləmə Mərkəzinin (HUNMAG) direktoru ilə keçirilən görüşdə bu sahədə mümkün tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi Simpozium davam edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə və yenidənqurma işlərinə dair təqdimatın 5 may tarixində keçirilməsi nəzərdə tutulub.

Paylaş:
645

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər