“Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub” | 1news.az | Xəbərlər
Siyasət

“Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub”

17:16 - 06 / 05 / 2023
“Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub”

“Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub”.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Fransanın Azərbaycandakı səfiri Ann Buayon jurnalistlərə açıqlamasında deyib.

O, Naxçıvana bu gün ilk dəfə səfər etdiyini bildirib: "Bu gün Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcəyik. Fransa və Azərbaycan arasındakı diplomatik əlaqələr mühüm əhəmiyyət kəsb edir. Bunu xüsusilə vurğulamaq istərdim ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Fransaya ilk diplomatik səfəri 1993-cü ildə baş tutub. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransa Prezidenti ilə görüşüb. Bu görüş hər iki dövlət arasında mühüm əhəmiyyət daşıyır. Həmin səfərdən sonra Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin təməli qoyulub. Naxçıvana gəldiyimiz ilk andan bəri gördüklərim, muzeydəki eksponatlar məni heyran etdi. Fransanın xarici işlər naziri ötən həftə Azərbaycana səfər etmişdi. Bu da ölkələrarası diplomatik əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər zaman Fransa və Azərbaycan arasında istər siyasi, istərsə də mədəni əlaqələr yüksək səviyyədə olub”.

Səfir vurğulayıb ki, Fransa və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması dövlət başçılarının apardığı uğurlu xarici siyasət və iki ölkə arasındakı münasibətlərdən irəli gəlir: "Hər iki tərəf əlaqələrin inkişafı üzərində daim işləyir, addımlar atırlar. Biz Azərbaycanla daha sıx münasibətdə işləyirik".

Paylaş:
526

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər