Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

Qafar Ağayev17:02 - 08 / 05 / 2023
Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərgi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 8 may 2023-cü il tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı Bakı Fotoqrafiya Evində həyata keçirilib.

1news.az xəbər verir ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunmuşdur. Heydər Əliyevin dünya liderləri ilə görüşlərini və iş fəaliyyətini lentə alan bu fotoqraflar Ümummilli Lider ilə birgə keçirdikləri böyük yolun xatirələrini fotoqrafiya dili ilə bu sərgidə paylaşdılar. Rafiq Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirmişdir. Yaşar Xəlilov və Oqtay Məmmədov Azərtac-da üzünmüddət çalışmış fotoqraflar idilər. Sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov çıxış edib. Təbdirdə Azərbaycan Fotoqraflar Birliyi və Azərtac-ın nümayəndələri, həmçinin İçərişəhər DTMQİ-nin əməkdaşları iştirak edib.

Sərgi 8-14 may 2023-cü il tarixlərində həyata keçirilir.

Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü il dönümüdür. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub.

Paylaş:
422

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər