Mikayıl Cabbarov: I rübdə sənaye zonalarından 768 milyon manatlıq məhsul satışı həyata keçirilib
Bu ilin I rübündə Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 768 milyon manatlıq məhsul satıb ki, bu da illik müqayisədə 13 % çoxdur.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Sənaye zonalarında istehsal olunmuş məhsullar 55-dən çox ölkəyə ixrac edilib. İndiyə qədər ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub”, - deyə o qeyd edib.
380