İlham Əliyev: “Ümummilli Lider dost və qardaş Özbəkistanla əlaqələrə böyük diqqət yetirib”
Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğulayıb.
1news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edərkən deyib.
Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu deyib.
Ümummilli Liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiyini xatırladan Azərbaycan Prezidenti bu siyasətin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirib və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd edib.