Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd olunub | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd olunub

16:29 - 17 / 05 / 2023
Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd olunub

Mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd olunub.

1news.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir.

Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb.

Bu zaman həmin avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb. O, xəsarət alıb.

Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

Paylaş:
1043

Son xəbərlər

Bütün xəbərlər