Nazir müavini: Zəngəzur koridorunda Avropa Biliyinin marağı olduğunu vurğulamağa çalışırıq | 1news.az | Xəbərlər
Siyasət

Nazir müavini: Zəngəzur koridorunda Avropa Biliyinin marağı olduğunu vurğulamağa çalışırıq

Qafar Ağayev13:33 - 22 / 05 / 2023
Nazir müavini: Zəngəzur koridorunda Avropa Biliyinin marağı olduğunu vurğulamağa çalışırıq

“ATƏT və Avropa parlamentarilərinin Azərbaycana gəlişi bizim üçün fürsətdir”

1news.az xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov Bakıda Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.
“Bunu Azərbaycanın milli maraqlarının irəli sürülməsində, müdafiəsində bir fürsət kimi dəyərləndiririk. Keçən il iyul ayında Azərbaycanda Azərbaycan Prezidenti ilə Azərbaycan Avropa komissiyası Prezidenti arasında imzalanmış memorandum var. Burada birinci hissə təbii qaz tədarükünün Avropa üçün ikiqat artırılmasıdır. Avropada daş kömüründən istifadə çoxdur. Daş kömürdən təbii qaza keçiş etmək çox önəmlidir. Təbii qaz karbohidrogenlər arasında ən təmiz yanacaq sayılır” .

Nazir müavini qeyd edib ki, Azərbaycan yaşıl enerji sahəsində önəmli addımlar atıb.

“Azərbaycanın nəhəng enerji qaynaqları var. Azərbaycanın yalnız özü üçün deyil, eyni zamanda ixrac üçün də böyük potensialı var. Burada əsas məsələlə ondan ibarətdir ki, Azərbaycan Cənub-qaz dəhlizinə paralel yaşıl enerji dəhlizi yaratmaqla məşğuldur. Bu sahədə biz Gürcüstan,Rumuniya və Macarıstanla işləyirik.Bolqarıstan tərəfi bu yaşıl enerji dəhlizinə qoşulmaq üçün istəyini bildirib. Bu yaxınlarda Bolqarıstanın rəsmi şəkildə bu dəhlizə qoşulması ilə bağlı məlumat veriləcək. Bu, Avropanın maraqlıdığı dildən danışmaq deməkdi.
Bunun həyata keçirilməsi üçün milyardla dollar vəsait lazımdı.

“Burada bizim başqa bir milli maraq sahəsi ondan ibarətdir ki, prezidentlər arası olan müqaviləyə Zəngəzur dəhlizi sözü olmasa da Zəngəzur dəhlizi məğzinə uyğun gələn, Azərbaycanın əsas torpağından Naxçıvana keçid və oradan da Türkiyə və dünya bazarlarına keçidlə bağlı ifadə də yer alıb” - deyə, E.Soltanov əlavə edib.

“Biz burada Zəngəzur koridorunda Avropa Biliyinin marağı olduğunu vurğulamağa çalışırıq. Zəngəzur dəhlizi sadəcə karbohidrogenlərin deyil, eyni zamanda yaşıl enerjinin daşınması və Avropanın da Azərbaycanda baş verən proseslərdən yararlanması üçün bir zəmin yaradır. Bu zəminin də şərtlərindən biri Azərbaycan və Ermənistan arasında qalıcı sülhün təmin olunması və Zəngəzur koridorunun açılmasıdır. Bizim çalışdığımız ortaq maraqlar, bütün dünyanın, 21-ci əsrin əsas mövzusu olan yaşıl enerji zonası və yaşıl enerji sahəsində Ermənistan - Azərbaycan qalıcı sülhün və qonşu dövlətin Qarabağa olan əsilsiz iddialənın bir daha üzərinə xətt çəkməsi üçün fürsətdir”.

Paylaş:
500

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər