ABŞ-da “Türk Evi”nə hücum olub | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da “Türk Evi”nə hücum olub

17:15 - 22 / 05 / 2023
ABŞ-da “Türk Evi”nə hücum olub

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücum olub.

1news.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah Gazetesi” nəşri yazıb.

Nəşrin sözlərinə görə, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Baş Konsulluğunun yerləşdiyi binaya gecə saatlarında hücum olub. Binanın ön şüşələri qırılıb.

Qeyd edək ki, həmin binada ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərində səsverməsi təşkil edilib.

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər