İspaniyanın Kralı Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İspaniyanın Kralı Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

14:51 - 23 / 05 / 2023
İspaniyanın Kralı Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

İspaniyanın Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər