Sevinc Fətəliyeva: “Prezidentin Ali Avrasiya İqtisadi Şurasının toplantısına dəvət edilməsi dövlət başçısının yüksək nüfuzunun göstəricisidir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Prezidentin Ali Avrasiya İqtisadi Şurasının toplantısına dəvət edilməsi dövlət başçısının yüksək nüfuzunun göstəricisidir”

11:37 - 27 / 05 / 2023
Sevinc Fətəliyeva: “Prezidentin Ali Avrasiya İqtisadi Şurasının toplantısına dəvət edilməsi dövlət başçısının yüksək nüfuzunun göstəricisidir”

“Prezident İlham Əliyevin mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısına qonaq qismində dəvət edilməsi dövlətimizin başçısının yüksək nüfuzunun göstəricisidir.

Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu çıxış edərək ölkəmizin iqtisadi imkanları və təşkilata üzv ölkələrlə fəal əlaqələri haqqında ətraflı məlumat verdi”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyində təmsil olunmasa da, təşkilatın üzv dövlətləri ilə çox yaxşı əlaqələri mövcuddur. Ermənistan istisna olmaqla, üzv ölkələrlə geniş iqtisadi münasibətlər var. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin coğrafi kəsişməsində yerləşməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Prezident İlham Əliyev həmçinin ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü xatırladıb. Lakin Ermənistanın baş naziri əsassız olaraq “Zəngəzur dəhlizi” ifadəsini ərazi iddiası kimi qiymətləndirib. Dövlətimizin başçısı isə bu iddianın absurd olduğunu tutarlı arqumentlərlə əsaslandırıb.

Sevinc Fətəliyeva qeyd edib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin üçtərəfli zirvə görüşündə də əsas müzakirə mövzularından biri kommunikasiyaların blokdan çıxarılması olub. Məlumdur ki, bölgəmizin əksər dövlətləri, o cümlədən Rusiya burada yeni nəqliyyat marşrutlarının açılmasına maraq göstərir və buna çalışır. Məlum geosiyasi səbəblərdən Rusiya üçün Cənubi Qafqaz nəqliyyat marşrutları sistemi xüsusi önəm daşıyır.

“Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqə imkanları yaradır. Bu, Türkiyə ilə coğrafi əlaqələrin daha da yaxşılaşması baxımından da çox önəmlidir. Nəzərə almaq lazımdır ki, bu, Rusiya üçün dəmir yolu kommunikasiyaları sistemi vasitəsilə Türkiyəyə, onun Aralıq dənizi limanlarına və müvafiq olaraq regionun qonşu ölkələrinə birbaşa çıxışı təmin edə biləcək əlavə marşrut olacaq. Bu səbəblərdən hər iki tərəfin maraqlarının üst-üstə düşməsi Zəngəzur dəhlizinin reallaşması çərçivəsində işlərın daha da fəallaşacağını deməyə əsas verir. Əlbəttə ki, bu layihə Ermənistanın üçün də iqtisadi dividentlər vəd edir. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizinin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan beynəlxalq və regioanl layihələrdən kənarda qalıb. Ona görə də, beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini dəyərləndirmək imkanında deyil”,-deyə deputat vurğulayıb.

Paylaş:
356

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər