Fransanın PSJ klubu Lionel Messi ilə yollarını ayırıb | 1news.az | Xəbərlər
Futbol

Fransanın PSJ klubu Lionel Messi ilə yollarını ayırıb

16:02 - 01 / 06 / 2023
Fransanın PSJ klubu Lionel Messi ilə yollarını ayırıb

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə yollarını ayırıb.

1news.az Report-a istinadla xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.

Mütəxəssis tarixin ən yaxşı oyunçusu ilə birlikdə çalışmaq şansının olduğunu bildirib: "Sabah "Klermon"la oyun Messinin komandadakı son matçı olacaq".

Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:
2166

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər