İməclik keçirilən yerlər bir müddət sonra yenidən zibillənir - Bunun qarşısı necə alınmalıdır? - RƏYLƏR | 1news.az | Xəbərlər
Reportaj

İməclik keçirilən yerlər bir müddət sonra yenidən zibillənir - Bunun qarşısı necə alınmalıdır? - RƏYLƏR

Aynurə Xudaverdiyeva13:42 - 02 / 06 / 2023
İməclik keçirilən yerlər bir müddət sonra yenidən zibillənir - Bunun qarşısı necə alınmalıdır? - RƏYLƏR

Azərbaycanda aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları həyata keçirilsə də cəmiyyətin hər üzvü bu sahədə dövlətlə bərabər fərdi şəkildə iştirak etməlidir.

Təəssüf ki, əhalinin bəzi hissəsi ekoloji təmizliyə kömək etməyi keçdik, ümumiyyətlə təmizliyə riayət etmirlər. Yəqin ki, hər birimiz ömrümüzdə ən az bir dəfə də olsun küçəyə zibil atan, ətraf-mühiti qəsdən çirkləndirən insanlarla rastlaşmışıq. Bunun üçün cəmiyyətdə daha geniş ekoloji maarifləndirmə işləri aparılmalıdır. Bu zaman sual yaranır cəmiyyətdə daha geniş ekoloji maarifləndirmə işləri necə aparılmalıdır? Bu kampaniyanı böyütmək üçün nə kimi addımlar atılmalıdır?

Məhz bu baxımından müxtəlif dövlət qurumları tərəfindən ekoloji maarifləndirmə proqramı həyata keçirilir. Bu maarifləndirmə proqramlarına rəsmi nümayəndələrlə bərabər sıravi vətəndaşlar da iştirak edir.

Bu haqda 1news.az-a danışan nümayəndələr bildirib ki, bu cür aksiyalara təbiətimizin çox ehtiyacı var.

Milli Məclisin deputarı Ceyhun Məmmədov bildirib ki, ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işi gücləndirməlidir:

"Düşünürəm ki, bu cür tədbirlərin keçirilməsi çox vacibdir və faydalıdır. Ona görə ki, bu gün bizim təbiətimizin, ərazilərimizin belə iməcliklərə çox ehtiyacı var.

Təbliğat və təşviqat iki istiqamətdə olmalıdır. Birincisi budur ki, insanlar çalışmalıdır ki, təbiətə ziyan vurmasınlar. İkincisi isə insanları bu mövzuda maarifləndirməliyik.

Azərbaycanda aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında müvafiq dövlət proqramları həyata keçirilsə də cəmiyyətin hər üzvü bu sahədə dövlətlə bərabər fərdi şəkildə iştirak etməli, bunun üçün cəmiyyətdə daha geniş ekoloji maarifləndirmə işləri aparılmalıdır. Aksiyalarda ətraf mühitin və ekologiyanın qorunması, çimərliklərin təmiz saxlanılması və əhalinin maarifləndirilməsi xarakteri daşıyıb".

1news.az saytının baş redaktoru Kəmalə Məmmədova bu təşəbbüsü həm özümüzdə, həm də uşaqlarımızda aşılamalı olduğumuzu qeyd edib:

"Ötən şənbə günü paytaxtın Xəzər rayonunun Zirə kəndində sahilboyu ərazilərin təmizlənməsi aksiyası keçirildi. Aksiya Azərbaycanın Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutdu. Oxşar aksiyalar Xəzər dənizinin bütün sahil zolağı boyunca, şimalda Xaçmazdan Azərbaycanın cənub sahilyanı rayonlarına qədər baş verib. Mən və qızım da bu təşəbbüsə qoşulduq. Qızım həvəslə tullantıları yığırdı və əmi və xalaların niyə qumun üstünə zibil atdıqlarını soruşdu. Uşaqlıqdan təbiətə sevgi aşılamaq, onu qorumağın nə qədər vacib olduğunu izah etmək çox vacibdir.

Sevindirici haldır ki, respublikanın hər yerində belə aksiyalar keçirilir, əhaliyə çatdırmaq çox vacibdir ki, zibil üçün yer küçə, dəniz kənarı deyil, zibil qabıdır! Bir-birimizə hörmətlə yanaşsaq, zibilləri müvafiq qablara atsaq, belə aksiyalara heç ehtiyac qalmayacaq. Tezliklə çimərlik mövsümü açılır, vətəndaşlara müraciət etmək istəyirəm ki, təbiətin qədrini bilsinlər, ona qayğı ilə yanaşsınlar, zibilləri özlərindən sonra təmizləsinlər, uşaqlara zibili yerə atmamağı öyrətsinlər və bunun quşlara, balıqlara, ümumilikdə təbiətə nə kimi zərərləri olduğunu izah etsinlər. Birlikdə sahilimizi, vətənimizi qoruyaq, təbiət öz gözəlliyi və zənginliyi ilə bizə təşəkkür edəcək".

Ecofrontun üzvü Zülfü Fərəcli ekoloji çirklənmənin qarşısını almaq üçün bir məhsulu almamışdan öncə dəfələrlə düşünməli olduğumuzu deyib:

"Biz dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün edə biləcəyimiz addımları 3 kateqoriyaya bölə bilərik.
Birinci kateqoriya hökumətlərin etməli olduğu, ikinicisi hökümətlərlə vətəndaşların bir yerdə etməli olduqları, üçüncüsü isə individual bizim özümüzün ata biləcəyimiz addımlardır. Misal üçün deyə bilərik ki, çox vaxt ölkəmizdə tullantıların təkrar emalı prosesi yaxşı təşkil olunmur. Onu da xatırladaq ki, təkrar emal 5R prinsipində üçüncü yerdədir. Bunun üçün biz bir məhsulu almamışdan öncə düşünməliyik “həqiqətən də bu məhsul mənə lazımdır?”, -deyə. Həmçinin vətəndaşlar “karbon ayaq izin”dən da istifadə edə bilərlər. Bu haqda internetdə kifayət qədər məlumat var. Sudan və işıqdan lazımsız istifadə etməmək, küçəyə tullantılar atmamaq, şəxsi avtomobildən yox, ictimai nəqliyyatdan istifadə etmək buna aiddir. Həmçinin ölkəmizdə velosiped yolları çox azdır. Bu da ekoloji çirklənməyə səbəb olan əsas amillərdən biridir.

Əlavə olaraq qeyd edim ki, ən təhlükəli fərdi addımlardan biri də istifadəyə yararsız bateryaların zibilliyə atılmasıdır. Bu bateryalar torpağa, qrunt sularına qarışaraq nəyinki ətraf mühitə, sağlamlığımıza da zərər verir. İnsanlar bateryaları toplayıb istifadəyə yararsız bateryaların toplanma məntəqələrinə təhvil verə bilərlər bizim də belə lahiyəmiz və onlarla qutumuz var".

Paylaş:
2437

Son xəbərlər

Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27
Bütün xəbərlər