Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb - VİDEO

15:06 - 05 / 06 / 2023
Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb - VİDEO

Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb.

1news.az-a xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.

Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.

Qeyd edilib ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Məlumata görə, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
250

Son xəbərlər

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib26 / 09 / 2023, 23:02Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb26 / 09 / 2023, 17:55Bakı şəhər DYP Anım Günü ilə bağlı müraciət edib26 / 09 / 2023, 17:51Səkidə maşın sürən şəxs cərimələnib26 / 09 / 2023, 17:45Qarabağa yanğınsöndürmə briqadası göndərilib26 / 09 / 2023, 17:35Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib26 / 09 / 2023, 17:32Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib26 / 09 / 2023, 17:25Hikmət Hacıyev: “Bundan sonra da Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı davam etdiriləcək”26 / 09 / 2023, 17:17Binəqədidə TIR aşıb26 / 09 / 2023, 17:02TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub26 / 09 / 2023, 16:51Azərbaycan polisindən tıxacda qalan ermənilərə jest - VİDEO26 / 09 / 2023, 16:29Keçmiş məhkum narkotik satışına görə tutuldu26 / 09 / 2023, 16:29Bu ilin 8 ayında avtobus və mikroavtobusların iştirakı ilə baş verən qəzaların sayı açıqlandı26 / 09 / 2023, 15:52BDYPİ sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib26 / 09 / 2023, 15:51Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub26 / 09 / 2023, 15:48Söyüdlüdə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb26 / 09 / 2023, 15:30Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntüləri - VİDEO26 / 09 / 2023, 15:11Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi26 / 09 / 2023, 15:07Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb - FOTO26 / 09 / 2023, 14:44“Azad olunmuş ərazilərdə sulardan ən çox qorunmalı olanı Tərtər çayıdır” - Ekspert26 / 09 / 2023, 14:37
Bütün xəbərlər

Next TV