Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO

Qafar Ağayev20:13 - 05 / 06 / 2023
Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb.

1news.az xəbər verir ki, çay süfrəsi arxasında səmimi formatda baş tutan görüşdə idarəçilik və şəxsi inkişaf sahəsində təcrübəsini bölüşən Rəhman Hacıyev məzunlara inkişaf etmələri üçün yeniliklərə açıq olmağı, yeni texnologiyaları öyrənməyi tövsiyə edib və peşəkar dünyanın dəyişən tələblərini başa düşmək üçün özlərini inkişaf etdirmələrinin vacibliyini vurğulayıb. O, bu baxımdan məzun şəbəkələrinin əhəmiyyətini xüsusi qeyd edib. İdarə Heyətinin sədri görüş iştirakçılarına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və Fondun dəstəyi ilə işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qarabağın bərpasında gənclərin rolundan danışan Rəhman Hacıyev onlarla mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, görüşlər zamanı gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan irimiqyaslı tikinti-quruculuq işləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir, onların fikir və təklifləri dinlənilir. Sonra görüş dialoq və müzakirə formatında davam edib. Müzakirələrdə işğaldan azad edilən ərazilərin bərpası, təhsil, eləcə də şəxsi inkişaf ətrafında fikir mübadiləsi aparılıb, məzunların arzu və istəkləri dinlənilib. ADA məzunları idarəçilik və fərdi inkişaf sahəsində öz təcrübəsini bölüşdüyünə və verdiyi məsləhətlərə görə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyevə təşəkkür ediblər və əldə etdikləri biliklərin gələcək karyeraları baxımından faydalı olacağına əminliklərini ifadə ediblər. Sonda məzunlarla xatirə fotosu çəkdirilib.

Paylaş:
611

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV