Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO

Qafar Ağayev17:06 - 06 / 06 / 2023
Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO

“Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəxin təbliğatında gənc nəsil aşpazların hazırlanması, milli kulinariya komandasının inkişafı və beynəlxalq yarışlarda iştirakın təmini istiqamətində məqsədyönlü tədbirlər görülür”.

Bu barədə 1news.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bu haqda iyunun 6-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən ölkəmizin qastroturizm imkanlarının perspektivlərinə həsr olunmuş tədbirdə məlumat verilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son bir il ərzində Azərbaycanın qastroturizm destinasiyası kimi təbliği istiqamətində görülən işlər haqqında danışıb. O, DTA-nın dəstəyi ilə fəaliyyəti aktivləşdirilən Milli Kulinariya Komandasının son ildə 2 dəfə beynəlxalq statuslu yarışlara təqdirəlayiq nəticələr əldə etdiyini vurğulayıb. Artıq 2024-cü ildə Sinqapurda keçiriləcək çempionata vəsiqə qazanmış kulinarların əsas hədəfi dörd ildən bir keçirilən “İKA” Kulinariya Olimpiadasına çıxmaqdır.

A.Hüseynova Azərbaycanın beynəlxalq yarışmalarda təmsilçiliyini gücləndirmək məqsədilə artıq Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasında (Worldchefs) milli üzvlük statusuna malik qurumun dəyişdirilməsi istiqamətində işlərə başlanıldığını da bildirib. Hazırda assosiativ üzv olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) milli üzv statusu verilməsinə ilə bağlı “Worldchefs”-ə müraciət olunduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilmesi sektorunun müdiri Səkinə Əsgərova təqdimatla çıxış edərək qeyd edib ki, DTA-nın dəstəyi ilə yaradılmış Milli Kulinariya Komandasının bu il ərzində iştirak etdiyi beynəlxalq yarışlar və pilot təhsil proqramı nəticəsində ölkəmizi dünyada qastronomiya destinasiyası kimi təbliğ edə biləcək peşəkar, qida texnologiyası ilə bağlı elmlərə yiyələnmiş, xarici dil biliklərinə malik və beynəlxalq səviyyəli milli aşpazların yetişdirilməsi qastroturizm məhsullarımızın daha yaxşı təqdimatına imkan yaradacaq.

Tədbirdə DTA-nın qastroturizm strategiyası çərçivəsində yerli aşpazların yüksək səviyyədə təhsillini təşkil etmək məqsədilə Bayıl Kulinariya Təcrübə Mərkəzinin yaradılması, Azərbaycanın müxtəlif regionlarına xas mətbəx nümunələrini bir yerə toplayan “Milli dadlar” layihəsi, mətbəx nümunələrinin reseptlərinin elektron kataloqu, biomüxtəliflik nümunələri əsasında yeməklərin hazırlanma fəlsəfəsi, Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği, “küçə yeməkləri” (“street food”) modelinin milli konsepsiyasının hazırlanması haqqında da məlumat verilib.

Həmçinin Qarabağda turizm potensialının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Şuşada kulinariya gününün keçirilməsi, Tuğda yaradılması nəzərdə tutulan Kulinariya Təlim Mərkəzi və şərabçılığın inkişafı ilə bağlı layihə barədə də məlumat verilib.

Paylaş:
185

Son xəbərlər

Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17Bakıda Ümumdünya Məskunlaşma Günü öz işinə başlayıbBu gün, 10:15Azərbaycan nefti ötən həftə 101 dollardan aşağı enibBu gün, 10:01Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏBu gün, 10:00“Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər” mövzusunda konfrans keçirilib- VİDEOBu gün, 09:59Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıbBu gün, 09:47Qızıl və gümüş daha da ucuzlaşıbBu gün, 09:43Lənkəranda son bir ay ərzində narkotiklərlə bağlı 32 nəfər saxlanılıbBu gün, 09:25
Bütün xəbərlər

Next TV