DTA-nın sədr müavini: “Azərbaycana məxsus küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır”
“Dünyanın bir çox yerlərində "street food" (küçə yeməyi) çox yayılıb”.
1news.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
“Azərbaycanda küçə yeməyi deyəndə ağla ilk olaraq dönər və lahmacun nəzərdə tutulur. Ancaq bunlar qardaş Türkiyəyə məxsus küçə yeməkləridir. Biz Azərbaycana məxsus küçə yeməkləri ilə bağlı konsepsiyanın hazırlanması ilə məşğuluq. İsraildə, Rusiyada, Türkiyədə qutab evlərinin hazırlanması ilə bağlı işlərə başlamışıq”.
192