Fəxrəddin Altun öz vəzifəsində qaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Fəxrəddin Altun öz vəzifəsində qaldı

Qafar Ağayev10:48 - 09 / 06 / 2023
Fəxrəddin Altun öz vəzifəsində qaldı

Fəxrəddin Altun yenidən Türkiyənin Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri təyin olunub.

1news.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edən Fəxrəddin Altun qeyd edib:

Türkiyənin Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsini həvalə edən prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezidentimizin vizyonuna uyğun olaraq Türkiyə Əsrində hədəflərimiz üçün birlikdə çalışacaq, haqq uğrunda mübarizəmizi davam etdirəcəyik. Allah birliyimizi, həmrəyliyimizi daim qorusun”.

Paylaş:
282

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər