Fransanın PSJ komandasının baş məşqçisi saxlanılıb
Fransanın PSJ komandasının baş məşqçisi Kristofer Qaltye və oğlu Con-Valoviç Qaltye saxlanılıb.
1news.az yerli mətbuata istinadən xəbər verir ki, onlar irqçilik etməkdə ittiham olunurlar.
İddiaya görə, 57 yaşlı mütəxəssis "Nitsa"da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.
Artıq fransalı çalışıdırıcı ilə oğlunun ifadəsi alınıb.
Qeyd edək ki, daha əvvəl PSJ-nin Kristofer Qaltyeni istefaya göndərdiyi yazılıb.
1809