Polşa səfiri Rusiya XİN-ə çağırılıb, ona konsulluğun bağlanması ilə bağlı nota verilib | 1news.az | Xəbərlər
Dünya

Polşa səfiri Rusiya XİN-ə çağırılıb, ona konsulluğun bağlanması ilə bağlı nota verilib

13:44 - 14 / 07 / 2023
Polşa səfiri Rusiya XİN-ə çağırılıb, ona konsulluğun bağlanması ilə bağlı nota verilib

Polşanın Rusiyadakı səfiri Kşiştof Kraevski Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

1news.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Polşanın Smolenskdəki konsulluğunun bağlanması ilə bağlı nota səfirə təqdim edilib.

Qeyd olunub ki, Polşanın Rusiyaya qarşı yönəlmiş düşmən addımlarının heç biri cavabsız qalmayacaq.

Konsulluğun bağlanmasının dəqiq səbəbi açıqlanmayıb.

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər