Osmaniyədə meşə yanğını başlayıb | 1news.az | Xəbərlər
Dünya

Osmaniyədə meşə yanğını başlayıb

14:40 - 15 / 07 / 2023
Osmaniyədə meşə yanğını başlayıb

Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.

1news.az "Haber Global"a istinadən xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.

Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.

Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğında 3 hektar əraziyə ziyan dəyib.

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər