İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırdı | 1news.az | Xəbərlər
Dünya

İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırdı

13:08 - 20 / 07 / 2023
İsveçin İraqdakı səfirliyi fəaliyyətini dayandırdı

İsveçin paytaxt Bağdaddakı səfirliyi diplomatik missiyanın binasının yandırılmasından sonra fəaliyyətini dayandırıb.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin səfirliklərin idarə edilməsi qurumunun rəsmi saytında dərc edilmiş məlumatda bildirilib.

“İyunun 29 və 30-da Bağdaddakı İsveç diplomatik missiyasının qarşısında, həmçinin iyulun 20-də keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlıq edilənədək ziyarətçilər üçün bağlıdır”, - deyə rəsmi məlumatda qeyd edilib.

Qeyd edək ki, İsveçin Bağdaddakı səfirliyi Qurana etirazlar fonunda yandırılıb.

Paylaş:
1255

Son xəbərlər

Bütün xəbərlər