BMT öz hesabatında İrandan edam cəzasını və hicab qanunlarını ləğv etməsini tələb edib
BMT öz hesabatında İrandan edam cəzasını və hicab qanunlarını ləğv etməsini tələb edib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və Baş Katibə təqdim edilən hesabatda İranda artan edamları dayandırmaq və məcburi hicab qaydalarını geri götürməyə dair çağırış yer alıb.
Hesabatda bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə edam sayı İranda 36% artıb.
Qeyd edək ki, təkcə bu il 350-dən çox iranlı edam edilib
Qeyd edək ki, Məhsa Əmininin Əxlaq Polisi tərəfindən öldürülməsindən sonra İranda təkcə bu il 350-dən çox iranlı edam edilib.
488