“Avropa İttifaqının bayrağı altında Fransanın mövqe ortaya qoyması çox biabırçı bir səhnə idi” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Avropa İttifaqının bayrağı altında Fransanın mövqe ortaya qoyması çox biabırçı bir səhnə idi” - ŞƏRH

Ayşən İsmayılova14:46 - 17 / 08 / 2023
“Avropa İttifaqının bayrağı altında Fransanın mövqe ortaya qoyması çox biabırçı bir səhnə idi” - ŞƏRH

“Beynəlxalq ictimaiyyətin erməni yalanlarına göz yummağı qlobal maraqlarla bağlıdır”.

Bu sözləri 1news.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

“Əgər dünyada bir neçə siyasi mövqenin toqquşduğu siyasi coğrafiya varsa, onlardan biri Qafqazdır. Kiçik bir misal deyim. Hazırda Afrikada Fransa müstəmləkələri uğrunda Fransa, Rusiya və Çin arasında mübarizə gedir. Fransa artıq son 2 il ərzində artıq 5-ci ölkədir ki, itirir. Bu ölkələr ya Çin tərəfinə keçir, ya da ki Rusiya. Ona görə də Fransa alternativ kimi Ermənistanın yaratdığı münaqişəli vəziyyətdən istifadə etməklə Rusiyanın arxa cəbhəsində yeni bir problem zonası yaratmaq və burada başını qatmaq niyyəti güdürdü. Bu prizmandan əlini gücləndirən həm də Rusiya-Ukrayna müharibəsi oldu. Bu mənada qeyd edək ki, bu mənada beynəlxalq çərçivədə istər-istəməz təkcə Ermənistan deyil, marağı olan digər ölkələr də Ermənistanın yaratdığı bu qeyri-hüquqi vəziyyətdən faydalanırlar. Bu bilavasitə beynəlxalq maraqlarla bağlıdır.

“İkincisi, təbii ki, biz bunu doğru hesab edirik ki, erməni yalanlarına göz yumurlar” – deyə o fikirlərinə davam edib:

“Çünki de-fakto Qafqaz Rusiyanın, Böyük Britaniya, İran və Fransanın maraq zonasında olduğundan bu bölgə uğrunda digər güclərin mübarizəsi var və belə mübarizə olduğu şəraitdə xalqların hüquqları ikinci plana keçir. Hətta dünənki prizmadan gördük ki, Yaponiyanın dilə gətirdiyi BMT-nin əsas prinsipi olan dövlətlərin ərazi bütövlüyünün pozulmaması məsələsi ən yüksək şəkildə etiraf edildi. Amma biz 30 il bunun acısını çəkmişik. Bu faktorlar 30 il ərzində öz maraqlarını güdən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə bu məsələ ilə bağlı yekun addımlar atmağa imkan vermədi. Azərbaycan əleyhinə dünənki iclasda qətnamə qəbul edilmə ehtimalı az idi. Amma əgər belə bir ehtimal nəzərdə saxlasaq dərhal BMT mexanizmində üç müstəvidə qərar qəbul edilməsinə baxmalıyıq. Birinci mətbuat və media üçün press-relizdir. Yəni ümumi məlumatlandırma sənədidir. İkincisi, sanksiyalardır. Hərbi əməliyyatların tətbiqidir. Yəni Ermənistan çalışır ki, birinciyə nail olsun. Bir məlumatlandırma xarakterli sənəd qəbul edilsin və ona istinad etsinlər ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini pozur. Orada guya “erməni etnik azlığını soyqırımına məruz qoyur” iddiasını səsləndirirlər və humanitar hüququn pozulması məsələsini önə çəkirlər. Bunun üzərindən sənədin qəbul edilməsi və ona istinad məsələsini əsas tutmuşdular. Əminəm ki, xüsusən də Avropa İttifaqının bayrağı altında Fransanın mövqe ortaya qoyması çox biabırçı bir səhnə idi".

O, qeyd edib ki, iki gün əvvəl prezident köməkçisi Ağdama xarici attaşeləri apararkən səsləndirdiyi fikir 2 şeyi gündəmə gətirdi. Əsas nüans budur ki, reinteqrasiya prosesinin tərkib hissəsi kimi bölgədəki silahların zərərsizləşdirilməsi və silahların çıxarılması məsələsidir. Bu Azərbaycanın antiterror əməliyyatını reinteqrasiya prosesinin tərkib hissəsi kimi gördüyünə işarə idi.

“İndiki vəziyyətdə Ermənistanın çıxış yolu nədir?” sualının tam cavabıni belə vermək olar: "Dünən beynəlxalq birlik Azərbaycana tövsiyyə elədi ki, humanitar təchizatı tam təmin etsin. Onsuz da Azərbaycan bunu edir. Ermənistan üçün bunu bəyan etdi ki, əgər Azərbaycan tələb edirsə ki, alternativ yol Ağdam-Xankəndi yolundan keçsin, Ermənistan buna riayət etməlidir.

Biz görürük ki, yenə sərhəddə toquşmalara aparan proseslər yaşanmaqdadır. Ermənistan əmin olsun ki, dünənki BMT iclasından sonra onun beynəlxalq birlik tərəfindən dəstəyinin olmaması təkcə onun yox, həm də arxasındakı ölkələrin budəfəki periodda daha ağır toqquşmaları və məğlubiyyətləri gətirir”.

Qeyd edək ki, avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilib.

Paylaş:
522

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər